Azərbaycanda bacı ilə qardaş bir-biri ilə evlənə bilər » Gencem.Ru
 Slidebox
1 2 3
 
gencem.ru » İnformasiya » Azərbaycanda bacı ilə qardaş bir-biri ilə evlənə bilər
Bolmeler
Meshur xeberler
Reklam
Top 10 Serhciler
KaLBiMiN SaHiBi
Şərh sayı: 2542
НаРкаМанкА
Şərh sayı: 2408
Sonsuz_Heyat
Şərh sayı: 1932
Chu Pa Cpuss
Şərh sayı: 1758
_LOVE_
Şərh sayı: 1079
SHAKO
Şərh sayı: 875
Hello SISTER
Şərh sayı: 511
Rustem
Şərh sayı: 321
Prosta Leyla
Şərh sayı: 173
Moda ve yene Moda
Şərh sayı: 163
Saygac

  • myWAP

    Azərbaycanda bacı ilə qardaş bir-biri ilə evlənə bilər
      Bolme: İnformasiya, maraqli   Muellif: SHAKO   
    Azərbaycanda bacı ilə qardaş bir-biri ilə evlənə bilər

    İllərdir müzakirə olunan “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin bu il Milli Məclisin payız sessiyasında təqdim olunan variantına ciddi dəyişikliklər edilib. Dəyişikliklərdən biri də Azərbaycanda bir kişinin 3 nəfərə donor olmasına icazə verilməsidir. Qanun layihəsinin hazırlanmasında iştirak edən millət vəkili Musa Quliyev dünya təcrübəsində bir kişinin 5 nəfərə donor olması təcrübəsi olduğunu bildirir:

    “Azərbaycan kimi balaca ölkədə 1 nəfərin 3 nəfərə donorluq etməsinə icazə verilə bilər. Bundan aşağı say götürə bilmərik. Məsələn, 1 nəfərə 1 donor ola bilməz. Əgər belə olsa, faktiki olaraq bu qanun işləməyəcək. Çünki bizim o qədər donorumuz olmayacaq”.

    Musa Quliyev hesab edir ki, bu donorluqdan dünyaya gələcək uşaqların həyatda rastlaşmaq ehtimalı çox aşağıdır. Millət vəkili onların hər biri barədə informasiyanın gizli saxlanıldığını, donorlardan olan uşaqların bacı-qardaş kimi bir-birlərini tanımayacaqlarını bildirib. Millət vəkili hesab edir ki, bu gizlilik təmin olunduqdan sonra hər hansı problem yaşanmayacaq.

    Məsələ Azərbaycan üçün həm də ona görə əhəmiyyətlidir ki, hər il təxminən 3-4 min azərbaycanlı övlad sahibi olmaq üçün xarici ölkələrə məhz donor axtarışına gedir. Hər bir ailə isə donorla bağlı məsələyə təxminən 12-15 min dollar vəsait xərcləyir.
    Məsələ ailələrin övlad problemini həll etsə də, yeni problemlərin yaranmasına səbəb ola bilər. İlk növbədə bu donorluqdan dünyaya gələcək bacı və qardaşın ailə qurmaq ehtimalı var. Düzdür, millət vəkili bu ehtimalın çox aşağı olduğunu desə də, bu az ehtimal belə narahatlıq üçün yetərlidir. Bacı qardaş evliliyi ehtimalı bizim kimi cəmiyyətlərdə qəbulolunmaz bir addımdır. Bundan başqa bu gün ölkədə bir çox xəstəliklərin əsas səbəbi məhz qohum nikahlardır. Bir-birini tanımayan bacı qardaşın ailə qurması isə irsi xəstəliklərin artmasına səbəb ola bilər. Bir çox qan, xərçəng xəstəliklərinin artmasının əsas səbəbinin məhz qohum evliliklər hesab olunduğu bir vaxtda, xəbərsiz olsalar belə bacı qardaşın ailə qurması bu təhlükəni daha da artıra bilər. Araşdırmalara görə, Azərbaycanda ən çox yayılan genetik xəstəliklərdən biri də talassemiyadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, müalicə-profilaktika müəssələrində qeydiyyatda olan talessemiya xəstələrinin sayı 2005-ci ildə 656, 2007-ci ildə 1261, 2008-ci ildə 1271, 2009-cu ildə 1457, ötən il isə 1650, 2011-ci ildə isə 1951 nəfər olub. Altı ildə üç dəfədən çox artım problemin ciddiliyindən xəbər verir. Həkimlər xəstəliyin yayılmasında əsas səbəb kimi qohum nikahları göstərirlər.

    “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova surroqat ana məsələsi cəmiyyətdə birmənalı qarşılanmadığı kimi, bu məsələyə də münasibətin ondan fərqli olmayacağını bildirdi:

    “Donorluq məsələsində həmin bacı-qardaşların bir gün ailə qurmaq ehtimalı ciddi narahatlıqlara səbəb olur. Çünki əcnəbilərdən fərqli olaraq bizim kimi cəmiyyətlərdə bir kişinin üç qadına donor olması, nəticədə dünyaya gələn uşaqların hansısa münasibətdə olması heç bir mənəvi dəyərlərə uyğun gəlmir. Bir tərəfdən də donorluğun anonim olacağı bildirilir. Nə qədər anonim olsa da, nəticədə bacı ilə qardaşın ailə qurması fikri heç də xoş səslənmir. Bu həm də bir çox genetik xəstəliklərin artmasına səbəb ola bilər. Bütün bu səbəblərə görə də, qanunun reallaşa biləcəyi şübhəlidir.

    Məsələni yalnız insan hüquqları baxımından normal hesab etmək olar. Çünki bu gün ölkədə yüzlərlə ailə var ki, övladı olmur, bunun üçün xarici ölkələrə üz tutur, milyonlarla vəsait xərcləyirlər. Amma məsələnin mahiyyətinə vardıqda düşünürəm ki, bu üsuldan istifadə bizə lazımdırmı?”

    6 saylı qadın məsləhətxanasının ginekoloqu Gülya Rzayeva qanun layihəsində ediləcək yeniliyin bunun gələcəkdə bəzi xəstəliklərin artmasına səbəb olacağını bildirdi:

    “Bir kişinin donor olduğu üç qadının uşaqlarının nə vaxtsa görüşmə ehtimalları çox deyil. Amma birmənalı olaraq mümkünsüz də deyil. Ona görə də bu bəzi insanlarda tərəddüd yarada bilər. Çünki bu cür donorluq nəticəsində dünyaya gələcək bacı-qardaşların ailə qurması ehtimalı var. Bu da irsi xəstəliklərin artmasına səbəb ola bilər”.

    Milli Məclisin Sosial Siyasət komissiyasının üzvü Məlahət İbrahimqızı məsələyə münasibət bildirmək imtina etdi. O, məsələni ictimai müzakirəyə çıxarmağın, bu barədə danışmağın düzgün olmadığını dedi.

    “Bu məsələnin Milli Məclisdə müzakirə olunması, qanun layihəsinə salınması ilə qəzetdə, kütləvi insanların oxuya biləcəyi bir saytda danışılması düzgün deyil. Bu məsələyə münasibət bildirmək istəmirəm”.

    Gülxar Şərif (Publika.az)
    Paylas:   
     (səslər: 2)
       7-10-2012, 13:01Baxlib: 658Serhler: 1
    Reklam
    
    1   Sonsuz_Heyat - İstifadəçi | 7 oktyabr 2012 13:53  |  



    Qrupu: İstifadəçi
    Qeydiyyat tarixi: 8.08.2012

    Xəbərləri: 693
    Şərhləri: 1932
    Facebook: --


    Azərbaycanda bacı ilə qardaş bir-biri ilə evlənə bilər angry crying

    ----------------------------------------------------------



    İnformasiya
    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.