Falçı yanına getmək nə dərəcədə düzgündür? » Gencem.Ru
 Slidebox
1 2 3
 
gencem.ru » maraqli » Falçı yanına getmək nə dərəcədə düzgündür?
Bolmeler
Meshur xeberler
Reklam
Top 10 Serhciler
KaLBiMiN SaHiBi
Şərh sayı: 2542
НаРкаМанкА
Şərh sayı: 2408
Sonsuz_Heyat
Şərh sayı: 1932
Chu Pa Cpuss
Şərh sayı: 1758
_LOVE_
Şərh sayı: 1079
SHAKO
Şərh sayı: 875
Hello SISTER
Şərh sayı: 511
Rustem
Şərh sayı: 321
Prosta Leyla
Şərh sayı: 173
Moda ve yene Moda
Şərh sayı: 163
Saygac

  • myWAP

    Falçı yanına getmək nə dərəcədə düzgündür?
      Bolme: maraqli   Muellif: SHAKO   
    Falçı yanına getmək nə dərəcədə düzgündür?

    Kişilərə nisbətən qadınlar hər şeyə daha tez inanır və daha tez reakisiya göstərir. Hər şeyi əvvəlcədən bilmək, öyrənmək istəyir.

    Bütün gücünü toplayıb məqsədinə doğru irəliləməkdənsə, falçı yanına gedir və arzuladığının reallaşacağını öyrənmək istəyir. Bu da qadınların ən həssas yerdir.

    Bəs, gələcəyi görmək mümkündürmü? Falçı yanına getmək nə dərəcədə düzgündür?

    Bu kimi suallar sizi düşündürürsə, aşağıdakıları diqqətlə oxuyun və məlumatlı olun.

    Əslində, qadınların çoxu dini qaydalara əməl etsə də və bunun dini cəhətdən günah olduğunu dərk etsə də, yenə falçı yanına gedir. Falçının nə qədər zərərli olduğunu anlmaq istəmir. Zərəri görə-görə yenə gedənlər isə ehtiyatlı olmalıdır.

    Hətta fala inanmayanlar həyatlarında bir dəfə də olsun falçıya üz tutub. Görəsən, falçıların yalan və ya düz söylədiklərini necə bilmək olar? Qara magiya ilə həyatınızı idarə edənləri ilk baxışdan necə tanımaq olar? Bunun çox rahat yolu var: falçının sizin haqqınızda məlumatı və heç bir bilgisi olmamalıdır.

    Falçı sizə çoxlu suallar verirsə - bu yaxşı hal deyil. Daha doğrusu, belə suallar olmalıdır, falçı bəsirətli deyil. Artıq suallardan biri yaşınız haqqındadır. Bu sualı verəməklə falçı sizi yoxlayır, işini asanlaşdırmaq istəyir. Sonra isə ənənəvi olaraq ailə vəziyyəti haqqında suallar veriləcək. Ərinizdən ayrılmış olsanız işiniz qəliz ola bilər... Bu falçı üçün bir şansdır. Başlayacaq şirin dillər töküb xoşbəxt, problemsiz və işıqlı gələcək vəd etməyə ki, onun daimi müştərisi olasınız...

    Sizə "ürəyi yanan" falçı üzərinizdən subaylıq damğasını götürmək və ya ərinizi qaytarmaq üçün sizdən 40 dənə yumurta, 3 litr süd, 5 kilo konfet və ya sadəcə 100 manat tələb edirsə - işiniz bitdi! Ümumiyyətlə, falçı ailənizin maliyyə durumu ilə maraqlanıb şəxsi təşəbbüsü ilə sizə müxtəlif köməklər təklif edirsə, deməli, fırıldaqçıya rast gəlmisiniz. Ondan canınızı nə qədər tez qurtarsanız - pullarınız cibinizdə qalar.

    Elanlarda verilən müxtəlif vədlərə aldanmayın. Ən yaxşı halda bunlar sadəcə boş sözlərdir. Ola bilsin ki, Siz doğrudan da qara magiya ilə məşğul olan birinə rast gəldiniz. Həmin cadugər sizdən ananınızın adını soruşursa deməli, sizə cadu etmək niyyətindədir. Fala baxmaq üçün ananınızın adı lazım olmasa da, cadu etmək üçün bu vacib məlumatdır. Deyəcəksiniz ki, falçı mənə görə mənə cadu etməlidir ki?

    İlk növbədə qeyd edim ki, maliyyə durumunuz yaxşı deyilsə, ümumiyyətlə yaxşı falçı axtarmayın. İlk növbədə fala baxmaq günahdır. Tutaq ki, şarlatana rast gəldiniz. Bu halda işiniz elə də qorxulu deyil. Axırıncı pullarınızı ona verib canınızı ondan qurtara biləcəksiniz. Bəs əsl qara magiya ilə məşğul olan bir ilə rastlaşsanız necə?

    Müştərilərlə əlaqəsi olan hər hansı bir mütəxəssis (falçı, dərzi, saç ustası, massajist) təbii ki, imkanlı müştərilərə üstünlük verir. Varlı müştəriləri daimi müştəri etmək üçün onlara müxtəlif əlavə xidmətlər göstərilir, güzəştlər edilir. Massajist və saç ustası ilə məsələ aydındır. Onlarla sözü düz gəlməyən kasıb müştəri maksimum vaxtını itirə bilər. Usta onun sifarişini kənara qoyub "qızıl" müştərinin işini görəcək.

    Falçıların məsələsi bir qədər fərqlidir. Onların materialı insan həyatı, xoşbəxtlik və uğurdur. Bunların hamısı falçıya verdiyiniz puldan asılı olacaq. Əsl cadugar isə yaxşı pula görə, sizi həm xoşbəxt, həm də varlı edə bilər. İş yalnız orasındadır ki, bunların hamısını magiya ilə məşğul olan insan başqasından oğurlayib sizə verəcək. Bunların necə baş verdiyini bilməsəniz yaxşıdır. Yadınızda saxlayın ki, xəbəriniz olmadan xoşbəxtliyiniz daha varlı müştəriyə verilə bilər. Bir müddət sonra isə işlərinizin, həyatınızın alt-üst olduğunu görəcəksiniz.

    Məsələn, falçının yanına gəlmiş gənc ağılsız bir qız, özünü və istədiyi oğlanı digər bir varlı qadına qurban verə bilər. Varlı yaşlı qadın isə, nəticədə, onların xoşbəxtliyindən müvəqqəti də olsa, istədiyi kimi isfifadə edir. Müvəqqəti, çünki əslində pul ilə alınan xoşbətliyə görə sonralar dəhşətli cəza ilə ittiham olunacaqlar. Gənc ağılsız qız isə nəticədə ömrünün axırına kimi tənha və bədbəxt qalacaq. Odur ki, varlı deyilsinizsə, qara magiya ilə məşğul olanlara müraciət etməyin!

    İlk növbədə yadınızda saxlayın ki, ananızın adını soruşan falçı sizə pislik etmək istəyir. Xristianlar isə xaç suyuna salınanda aldıqları adı gizli saxlamalıdır. Bu adı bilən cadugar insana çox asanlıqla qara cadu edə bilər.

    İlk dəfə falçı yanına gəlmisinizsə, aşağıdakı suallar verilə bilər: Nəyi bilmək istəyirsiniz?. Qalan sualları Siz falçıya verməlisiniz.

    Və sonda:
    1) Falçıya özünüz haqqınızda artıq məlumat verməyin.
    2) Var-dövlətiniz, xarici səfərləriniz haqda falçının xəbəri olmamalıdır.
    3) Falçı yanına gedərkən bahalı zinət əşyaları taxmayın.
    4) Dostlarınız, ev ünvanınız haqqında bir kəlmə də deməyin.
    5) Ad çəkməyin.
    6) Həyatınızda baş vermiş qeyri-adi hadisələr haqqında danışmayın.
    Paylas:   
     (səslər: 1)
       26-05-2013, 01:13Baxlib: 184Serhler: 0
    Reklam
    İnformasiya
    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.